Sirkət
LASSA HAQQINDA
Türkiyənin şin markası: Lassa Artıq 41 ildir ki, Türkiyənin aparıcı markası olaraq şin ticarətində fəaliyyət göstərən Lassa 1974-cü ildə qurulmuşdur. Sabancı Şirkətlər qrupu və ortaqları tərəfindən qurulan Lassa 1978-ci ildə Yaponiyanın məşhur Bridgestone Şirkəti ilə ortaq müəssisə qurduqdan sonra Brisa adlandırılmağa başlanıldı. Bu gün Lassa şinləri Brisanın son texnologiyaları və Araşdırma və inkişaf standardlarına uyğun istehsal olunur.
Dünya Lassa şinləri ətrafında dönür Öz sektorunda günbəgün inkişafa nail olan Lassa Türkiyə yollarında qazandığı təcrübəni öz ölkəsinin iqtisadiyyatına töhfə vermək məqsədilə başda Avropa ölkələri olmaqla bütün dünya ilə bölüşür. 361.000 m² sahəsi olan dünyanın ən nəhəng şirkətlərindən olan Brisa tərəfindən istehsal olunan Lassa yüzlərlə distribyutoru vasitəsi ilə 60-dən çox ölkədə xidmət göstərir.
Lassa yüksək keyfiyyəti əsas götürür Lassa yerli və xarici bazarların tələblərinə cavab verərək müstəqil nəzarət müəssisələri tərəfindən təsdiq edilmiş və keyfiyyəti müxtəlif sertifikatlar qazanmış məhsullar istehsal edir. Lassa şinləri 1993-ci ildə Milli Keyfiyyət Mükafatı, 1996-cı ildə isə Avropa Keyfiyyət Grand Prizi ilə təltif olunub və istehsal olunan bu şinlər Türkiyə yollarına tam şəkildə tab gətirəcək formada istehsal olunur və alman TÜV SÜD sertifikatlaşdırma İnstitutu tərəfindən təsdiq edilib. Lassa şinləri müxtəlif təhlükəsizlik sınaqlarından keçdikdən sonra bazara təqdim olunur və istehlakçılar tərəfindən etimadla istifadə olunur.
Lassa şinləri müştəri məmnuyyətinə xidmət edir Lassanı lider ishehsalçılar sırasında olmasını təmin edın əsas xüsusiyyətlərdən biri müştərilərə təklif olunan əla xidmətdir. Əla məhsulları gözəl ximətlə sintez etmək Lassanin istehsal fəaliyyətlərində əsas priroritet hesab edilir. Bü gün Lassa satışlar və sonrakı xidmət vasitəsi ilə ən sürətlə inkişaf edən və ən çox güvənilən marka olma statusunu qoruyur.
Missiyamiz
Davam etdirilə bilən artışla cəmiyyətə yüksək dəyərlər təmin etmək.
Perspektivimiz
Gələcəkdə ən yaxşı yolu yaratmaq.
Dəyərlərimiz
Təhlükəsizlik, yenilik, müştəri mərkəzlilik, dəstə çalışması, işi mükəmməlləşdirmə və davam etdirilə bilmə.