LASSA HAQQINDA

Türkiyənin şin markası: Lassa


Artıq 30 ildir ki, Türkiyənin aparıcı markası olaraq şin ticarətində fəaliyyət göstərən Lassa 1974-cü ildə qurulmuşdur. Sabancı Şirkətlər qrupu və ortaqları tərəfindən qurulan Lassa 1978-ci ildə Yaponiyanın məşhur Bridgestone Şirkəti ilə ortaq müəssisə qurduqdan sonra Brisa adlandırılmağa başlanıldı. Bu gün Lassa şinləri Brisanın son texnologiyaları və Araşdırma və inkişaf standardlarına uyğun istehsal olunur.


Dünya Lassa şinləri ətrafında dönür.

Öz sektorunda günbəgün inkişafa nail olan Lassa Türkiyə yollarında qazandığı təcrübəni öz ölkəsinin iqtisadiyyatına töhfə vermək məqsədilə başda Avropa ölkələri olmaqla bütün dünya ilə bölüşür. 350.000 m2 sahəsi olan dünyanın ən nəhəng şirkətlərindən olan Brisa tərəfindən istehsal olunan Lassa yüzlərlə distribyutoru vasitəsi ilə 50-dən çox ölkədə xidmət göstərir.


Lassa yüksək keyfiyyəti əsas götürür.

Lassa yerli və xarici bazarların tələblərinə cavab verərək müstəqil nəzarət müəssisələri tərəfindən təsdiq edilmiş və keyfiyyəti müxtəlif sertifikatlar qazanmış məhsullar istehsal edir. Lassa şinləri 1993-ci ildə Milli Keyfiyyət Mükafatı, 1996-cı ildə isə Avropa Keyfiyyət Grand Prizi ilə təltif olunub və istehsal olunan bu şinlər Türkiyə yollarına tam şəkildə tab gətirəcək formada istehsal olunur və alman TÜV SÜD sertifikatlaşdırma İnstitutu tərəfindən təsdiq edilib. Lassa şinləri müxtəlif təhlükəsizlik sınaqlarından keçdikdən sonra bazara təqdim olunur və istehlakçılar tərəfindən etimadla istifadə olunur.


Lassa şinləri müştəri məmnuyyətinə xidmət edir.

Lassanı lider ishehsalçılar sırasında olmasını təmin edın əsas xüsusiyyətlərdən biri müştərilərə təklif olunan əla xidmətdir. Əla məhsulları gözəl ximətlə sintez etmək Lassanin istehsal fəaliyyətlərində əsas priroritet hesab edilir. Bü gün 24/7 sistemi ilə Lassa Yol Yardım xidməti ilə müştərilərinə xidmət edən Lassa satışlar və sonrakı xidmət vasitəsi ilə ən sürətlə inkişaf edən və ən çox güvənilən marka olma statusunu qoruyur.


Lassa texnologiya ilə yarışır.

Lassa təkcə yollarda deyi, eyni zamanda yarış zolaqlardında da öz texnologiyalarını nümayiş etdirir. Lassa yarış şinləri 2005-ci ildən türk mühəndisləru tərfindən İzmitdə hazırlanır. Türkiyədə keçirilən yarışlarda uğur qazanaraq Lassa Ralli komandası 2009 cu ildən ölkəni Avropa yarışlarında təmsil edir. Lassa Yarış Şinləri İnkişaf Layihəsinə cəlb olunmuş mütəxəssislər avtomobil şinlərinin təkmilləşməsinə töhfə verirlər. Daha dözümlü avtombil şinlərinin istehsalı sahəsində təcrübə əldə edilib.



LASSA İLƏ BAĞLI ƏHƏMİYYƏTLİ HADİSƏLƏR

Son 30 ildə Lassa və Bridgestonun fəaliyyəti əhəmiyyətli hadisələrə yol açdı




LASSA PRESS RELİZLƏRİ

Lassa Şinləri Yenidən İtalyada Oktyabr 2010 6 fərqli komandanın iştirakı ilə keçirilən İtaliya Gravel ralli Çempionatında 4-cü olan Lassa Ralli Komandası 2010 cu ildə son final oyunundan qabaq Azzano rallisindədir.


LASSA ŞİN SERTİFİKATLARI

Lassanın istehsal etdiyi şinlər həm xarici, həm də yerli müəssələr tərəfindən sertifikatlar ilə təltif edilir.



LASSA ŞİN SINAQLARI

Lassanın bır sıra sərnişin şinləri sınaqdan keçirilir və müxtəlif beynəlxalq qurumlar tətəfindən təltif edilir.



LASSADAN EDİRİLƏN MƏLUMATLAR

Buradan illik hesabatlar, broşurlar və şəkillər edirmək olar.



MÜŞTƏRİ MƏLUMAT SİSTEMİ

Bizim müştəri məlumat sistemimiz məhsullar və ticarətçilər haqqında ən son məlumatları yeniləyirlər.